Rusiyada 55 yaşlı azərbaycanlı itkin düşüb

rusiyada-55-yasli-azerbaycanli-itkin-dusub
Oxunma sayı: 1298

Rusiyanın Volqoqrad vilayətinin Krasnoarmeysk rayon sakini 55 yaşlı azərbaycanlı Zingirov Vaqif Qiyamət oğlu itkin düşüb.

“Qafqazinfo” bildirir ki, bu barədə “Bloknot Volqoqrada” saytı xəbər verib. Vaqifin həyat yoldaşı Diana hadisə ilə bağlı polisə müraciət edib. 

“Onun harada olması haqda heç nə məlum deyil. Heç bir xəstəlikdən əziyyət çəkmirdi”, -  deyə Vaqifin həyat yoldaşı Diana bildirib. 

Boyu 184 sm. olan V. Zingirovun evdən çıxan zaman əynində göy cins və qara zolaqlı ağ qısa qollu köynək olub. V. Zingirov evdən pasportla çıxıb.

Hazırda itkinin axtarışları davam etdirilir.