Rusiyanın Kalininqrad vilayətinin Sovxoz qəsəbəsində 56 tələbə zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bundan əvvəl Kalininqradın "112" təcili əməliyyat xidməti 40-a yaxın tələbənin zəhərləndiyini açıqlamışdı.
İkin məlumata əsasən iyulun 19-da şam yeməyindən sonra 56 tələbə ürək bulanması şikayəti ilə təcili yardıma müraciət edib. Onlardan üçü Kalininqradın yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin başvermə səbəbləri öyrənilir.
Son xəbərlər
Son Xəbərlər