Rusiyada 8, Ermənistanda 3 yeni yoluxma halı qeydə alındı

rusiyada-8-ermenistanda-3-yeni-yoluxma-hali-qeyde-alindi
Oxunma sayı: 1205

Rusiyada 8 koronavirusa yeni yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, onların hamısı son 2 həftə ərzində İtaliyaya səyahət edənlərdir. Virusa yoluxanlardan biri uşaqdır. Bununla da Rusiyada koronavirus xəstələrinin sayı 28 oldu.

Ermənistanda isə daha 3 nəfərdə Covid-19 tapılıb. Onlardan ikisi 45 və 27 yaşlı Ermənistan vətəndaşı, digəri 51 yaşlı İtaliya vətəndaşıdır. Bununla da Ermənistanda koronavirus xəstələrinin sayı 4 olub.