Rusiya Federal Təhlükəsizlik Bürosu xarici xüsusi-xidmət orqanlarının 80 əməkdaşının fəaliyyətinin qarşısını alıb.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla prezident Putin çıxış edib. Onun sözlərinə görə, xarici casusların Rusiya ərazisindəki fəaliyyətinin qarşısını almaq üçün savadlı və ardıcıl işləməyə davam etmək lazımdır.
Putin qeyd edib ki, qurumun fəaliyyəti nəticəsində terror təhdidlərinin səviyyəsi aşağı endirilib. Nəticədə hüquqa zidd fəaliyyətlə məşğul olan 350 şəxs aşkar edilib.
Son xəbərlər
Son Xəbərlər