Rusiyada adam öldürən Bakıda heroinlə saxlanıldı

rusiyada-adam-olduren-bakida-heroinle-saxlanildi
Oxunma sayı: 967


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı İftixar Əzizovdan 1,260 qram heroin götürülüb. 

Araşdırmalar zamanı onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Murad Əhməd