Rusiyada ağır qəza - 5 ölü

rusiyada-agir-qeza
Oxunma sayı: 814

Rusiyanın Oryol vilayətində ağır yol qəzası qeydə alınıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İnsident Uriçk rayonunun Oryol-Bryansk avtomagistralında baş verib. Qəza nəticəsində 5 nəfər ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.