Rusiyada almaz mədənini su basdı - 151 işçi içəridə olub

rusiyada-almaz-medenini-su-basdi
Oxunma sayı: 726

Rusiya sərhədləri daxilindəki Yakutiya Muxtar Respublikasının Mirnıy şəhərindəki Mir adlı almaz mədənini su basıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı mədəndə 151 işçi olub.

Erkən müdaxilə nəticəsində 134 nəfər hadisə yerindən təxliyyə edilib. Lakin, 17 işçi itkin düşüb. Hazırda onların axtarışı davam etdirilir.

Yakutiya lideri Yeqor Borisov və mədənin sahibi “Alrosa” şirkətinin rəhbəri Sergey İvanov da hadisə yerinə gəlib.