Rusiyada “An-2” tipli təyyarə radardan itdi

rusiyada-an-2-tipli-teyyare-radardan-itdi
Oxunma sayı: 1235

Rusiyanın Yakutiya Respublikasında “An-2” tipli təyyarə radardan itib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 3 nəfərin olduğu bildirilir.

Onlardan 2-si ekipaj üzvü, 1-i isə sərnişindir. Bununla yanaşı, təyyarədə 1 ton həcmində yük olub. 

İtən təyyarənin axtarışları üçün “An-26” təyyarəsi cəlb olunub.