Rusiyada Antipinski Neft Emalı Zavodunda güclü yanğın - Video

rusiyada-antipinski-neft-emali-zavodunda-guclu-yangin
Oxunma sayı: 1715

Rusiyanın Tümen vilayətində yerləşən Antipinski Neft Emalı Zavodunda güclü yanğın baş verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu gün saat 09:42 radələrində zavodda mazutun dərin emalı üçün quraşdırılmış qurğu yanıb.

Şəhərdə yanğının söndürülməsi üçün operativ qərargah yaradılıb.

Yanğın 100 kv.m sahəni əhatə edib.

Yanğın lokallaşdırılıb, xəsarət alan olmayıb.

Hadisənin baş verdiyi yerdə neft anbarlarının olmadığı bildirilir.

Qeyd edək ki, Antipinski Neft Emalı Zavodu Tümen sənaye zonasında yerləşən Rusiyanın ən böyük müstəqil neft emalı zavodudur. Magistral neft kəməri (ildə 7,5 milyon ton gücündə) və neft məhsulu kəməri (ildə 2,3 milyon ton gücündə) ilə birləşir.

2016-cı ildə “Forbes” reytinqinə görə, NEZ Rusiyanın 200 ən böyük özəl şirkəti arasında gəlir baxımından 43-cü yeri tutub.