Rusiyada arvadını öldürdü - Azərbaycanda tutuldu

rusiyada-arvadini-oldurdu-
Oxunma sayı: 1862

Rusiyada həyat yoldaşını qətlə yetirib Azərbaycana qaçan şəxs tutulub.

Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Rusiya Federasiyasının Sankt-Perterburq şəhərində Bahar Pirqələmovanın əri Ramiz Əsgərov tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əsgərov tutulub.