Rusiyada avtobus çaya aşdı - 18 ölü, 23 yaralı + Video

rusiyada-avtobus-caya-asdi
Oxunma sayı: 3023

Rusiyanın Zabaykal diyarında sərnişin avtobusunun körpüdən çaya aşması nəticəsində 18 nəfər dünyasını dəyişib, 23 nəfər yaralanıb. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi bazar günü Moqoytuy-Sretinsk-Oloçi avtomobil yolunun 60-cı kilometrliyində qeydə alınıb.

Sretinsk-Çita marşrutu üzrə hərəkə edən avtobus sürücüsü 43 sərnişin daşıyırmış. Qəza nəqliyyat vasitəsinin ön təkərinin partlaması nəticəsində baş verib. 

Hadisə yerinə xilasetmə qüvvələri, eləcə də iki ədəd “Mi-8” helikopteri cəlb olunub.