Rusiyanın Tuva Respublikasında “UAZ” markalı avtomobil Şuy çayından keçərkən batıb.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, avtomobildə olan 10 nəfər çayda boğulub. Ölənlərdən altısı azyaşlıdır.
Hadisə yerinə xilasedicilər və polislər cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər