Rusiyada avtomobil teatra gedən məktəbliləri əzdi - 1 ölü, 12 yaralı+Video

Rusiyada avtomobil teatra gedən məktəbliləri əzdi
Oxunma sayı: 1450

Rusiyanın Nijni Novqorod şəhərində zəncirvari qəza baş verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, xarici markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşı zolağa çıxıb və daha iki maşınla toqquşub. Nəticədə avtomobillərdən biri piyada yoluna aşıb. 10-u uşaq olmaqla 12 nəfər yaralanıb, uşaqlara rəhbərlik edən müəllim dünyasını dəyişib. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, yaralılar yaxınlıqdakı Gənc Tamaşaçılar Teatrına gedən 9-cu sinif şagirdləri olub.   

Səkidə uşaqları əzən avtomobilin sürücüsünün kimliyi də məlum olub. Bu, 2014-cü ildə vəzifəsindən kənarlaşdırılan polis işçisi, general-mayor Aleksandr Pilqanovun oğludur.  

Faktla bağlı cinayət işi açılıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi