Rusiyada avtomobili ildırım vurdu - Fotolar+Video

rusiyada-avtomobili-ildirim-vurdu
Oxunma sayı: 2780

Rusiyada Berd şosesində Novosibirsk istiqamətində hərəkət edən avtomobili ildırım vurub. “Qafqazinfo”nun məlumatına görə, hadisə anının görüntüləri sosial şəbəkədə paylaşılıb.

İnsident ötən bazar günü baş verib. Elektrik cərəyanı “Toyota RAV4”ün antenasına tuş gəlib. İnsan təlafatı qeydə alınmayıb, avtomobilə ciddi zərər dəyib.

Avtomobilin sahibəsi evakuasiya xidmətinə müraciət etməli olub.