Rusiyada aylar sonra COVID-19-dan ölüm azaldı

rusiyada-aylar-sonra-covid-19-dan-olum-azaldi
Oxunma sayı: 2065

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı 495 nəfər artaraq 364 058-ə yüksəlib.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

İyunun 21-dən ilk dəfə ölkədə sutka ərzində koronavirusdan ölənlərin sayı 500-dən az olub. Bir gün əvvəl 524 ölüm halı qeydə alınmışdı.

Son 24 saat ərzində 32 958 nəfərdə koronavirus aşkarlanıb, ümumi say 17 551 657-yə çatıb.

Bundan əlavə, son sutkada 95 558 nəfər koronavirusdan sağalıb. Sağalanların ümumi sayı 16 135 267 olub.