Rusiyada Azərbaycan vətəndaşı güllələndi

rusiyada-azerbaycan-vetendasi-gullelendi
Oxunma sayı: 4235

Rusiyanın Leninqrad vilayətinin Vsevoloj rayonunda 43 yaşlı Azərbaycan vətəndaşı güllənənib.

“Qafqazinfo” 47news.ru-ya istinadən xəbər verir ki, hadisə Novosaratovka kəndində körpünün altında baş verib.

Cinayətkar hadisə yerindən qaçıb.

Həkimlərin səylərinə baxmayaraq, zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb.  

Məlumata görə, mərhumun Rusiya ərazisində avqustun sonunadək yaşama icazəsi olub.

Faktla bağlı araşdırma aparılır.