Rusiyada azərbaycanlı həmyerlisini bıçaqlayıb

rusiyada-azerbaycanli-hemyerlisini-bicaqlayib
Oxunma sayı: 824

Sankt-Peterburq şəhərinin Nevski rayonunda Azərbaycan vətəndaşı bıçaqlanıb.

“Qafqazinfo”nun “nevnov.ru”ya istinadən verdiyi xəbərə görə, o, qarın nahiyyəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. 

Sözügedən şəxsin evinin qarşısında 18 yaşlı həmyerlisi tərəfindən mübahisə zəminində bıçaqlandığı bildirilir. 

Faktla bağlı cinayət işi açılıb.