Rusiyada azərbaycanlı iş adamı öldürüldü

rusiyada-azerbaycanli-is-adami-olduruldu
Oxunma sayı: 5547

Rusiyada azərbaycanlı iş adamı qətlə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, yaxınlarının APA-ya verdiyi məlumata görə, 1975-ci il təvəllüdlü, Azərbaycanın Mingəçevir şəhərində doğulan Abdullayev Eldəniz Valeh oğlu Rusiyanın Novokuznetsk şəhərində naməlum şəxslər tərəfindən bıçaqlanaraq öldürülüb.

İş adamının meyiti sabah Azərbaycana gətirilərək Mingəçevir şəhərində dəfn olunacaq.