Volqoqrad Mərkəzi Rayon Məhkəməsi azərbaycanlı tələbə Timur Qavrilovu qətlə yetirən Vitaliy Vasilyev barəsində avqustun 21-dək həbs qətimkan tədbiri seçib.
"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin istintaq zamanı V.Vasilyev törətdiyini cinayəti etiraf edib.
Xatırladaq ki, T.Qavrilov Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi olub. Gəncə şəhərindən olan 17 yaşlı azərbaycanlı iyunun 12-də axşam saatlarında yataqxanaya qayıdarkən qətlə yetirilib.
Fotoda Timur Qavrilov

Son xəbərlər
Son Xəbərlər