Rusiyada azərbaycanlıya hücum edib 5 milyonunu apardılar

rusiyada-azerbaycanliya-hucum-edib-5-milyonunu-apardilar
Oxunma sayı: 3471

Noyabrın 1-də Moskvanın Yuxarı sahələr küçəsində bir neçə şəxs azərbaycanlının evinə hücum edərək onu travmatik silahla yaralayıb.

"Qafqazinfo" "Moskva" agentliyinə istinadən xəbər verir ki, soyğunçular 1975-ci il təvəllüdlü kişini yaraladıqdan sonra onun içərisində 5 milyon rubl olan çantasını götürərək qaçıblar.

"Audi A6" avtomobili ilə hadisə yerindən uzaqlaşan 4 cinayətkardan biri tutulub. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 162-ci maddəsinin 6-cı bəndinin 4-cü hissəsinə əsasən quldurluq faktlı üzrə cinayət işi açılıb.