“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, xilasedicilər “Admiral” ticarət mərkəzinin qalıqları altında 15 nəfərin qaldığını ehtimal edir. Onların ilkin ehtimalına görə, yanğın kafe əməkdaşlarının səhlənkarlığı ucbatından baş verib.
“LifeNews” saytı isə naməlum şəxslərin hələ bir il əvvəl ticarət mərkəzini yandırmaqla bağlı təhdidlər etdiyini yazır. “Admiral”ın sahibi Hüseyn Qəhrəmanov təhdidləri gözlənilən hesab etdiyini və təhlükəsizliyi gücləndirdiyini bildirib:
“Təhdid edirdilər, lakin bilmirəm kimlər. Mühafizəçilərdən başqa, qohumlarım, yaxın dostlarım da səhər-axşan növbə çəkməli olurdular”. Onun sözlərinə görə, əgər yanan məhsulların dalınca qayıtmasaydılar, sahibkarlar və alıcılar arasında ölənlər də olmazdı.
Son xəbərlər
Son Xəbərlər