Rusiyada baş verən yanğında 5 min insan evsiz qaldı - - Fotolar

rusiyada-bas-veren-yanginda-5-min-insan-evsiz-qaldi-
Oxunma sayı: 1124


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 1000-dən çox ev oddan zərər çəkib və ya tamamilə yanıb.

Son məlumatlara görə, nəticədə 15 nəfər həlak olub, bir nəfərdən isə xəbər yoxdur. Səhiyyə Nazirliyindən verilən məlumatda isə 613 nəfər tibbi yardım üçün xəstəxanaya müraciət edib.

Qeyd edək ki, dünəndən başlayan yanğının baş verməsinə ilkin ehtimal kimi ehtiyatsızlıq üzündən quru ot tayalarının yanması göstərilir. Güclü külək isə alovun daha geniş əraziyə yayılmasına səbəb olub. Baş nazir Dmitriy Medvedev FHN-nin rəhbərinə zəng edərək yanğının baş verməsi səbəbini və dəyən zərəri araşdırmağı tapşırıb.