Rusiyada batan gəmidə azərbaycanlılar da olub + - Adlar

rusiyada-batan-gemide-azerbaycanlilar-da-olub-
Oxunma sayı: 2905


“Qafqazinfo” xəbər verir ki, Trend-in “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, gəminin göyərtəsində 78 Rusiya vətəndaşı və 54 xarici vətəndaş olub. Gəmi batarkən göyərtədə olan 132 nəfərdən 117-i sudan çıxarılsa da, onların 54-ü həlak olub. 15 balıqçının taleyi isə hələlik naməlumdur.

Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, xilas olanlar artıq Maqadana göndərilib.

***

Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında azərbaycanlılar da olub. Lent.az-ın Ruiya KİV-ə istinadən gəmidə olan həmyerlilərimizin soyadlarını təqdim edir. Onların taleyi barədə  hələki dəqiq məlumat verilmir.

 Abdullayev F.S. - matros

Səfərov M.S. - matros

Sadiqov İ.Q. - mexanik

Talıbov M.U. -  mexanik

Əliyev E.S. - usta

Əliev Y.S. - matros