Rusiyada bazarda dava - Azərbaycanlı öldürüldü

rusiyada-bazarda-dava-
Oxunma sayı: 4358

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı qətlə yetirilib.

Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, Sofiski meyvə-tərəvəz bazasında kütləvi dava baş verib.

Məlumata görə, Azərbaycan vətəndaşı borca görə qətlə yetirilib. Hadisə saat 14 radələrində baş verib. Mübahisə ilk olaraq iki Azərbaycan vətəndaşı - 43 yaşlı İsmayılov və 26 yaşlı Hüseynov soyadlı şəxs arasında düşüb. İlkin məlumata görə, mübahisəyə səbəb İsmayılovun ikinciyə borcu olub.

Nəticədə Hüseynov travmatik silahdan həmyerlisinin üzünə atəş açıb və onu qətlə yetirib. Polis gələnə kimi onu bazarda satıcı işləyənlər saxlayıblar.

Bu hadisədən sonra bazarda kütləvi dava baş verib. Şahidlərin məlumatına görə, davada 100-dən çox insan iştirak edib.

Qətli törətməkdə şübhəli bilinən şəxs zədələrlə xəstəxanaya yerləşdirilib.