Rusiyada partlayışda ölənlərin sayı artdı - Yenilənib

rusiyada-partlayisda-olenlerin-sayi-artdi
Oxunma sayı: 9839

07:48

Rusiyada beşmərtəbəli binada qaz sızması nəticəsində partlayış olub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Novosibirsk şəhərində qeydə alınıb.

Partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

50 nəfər isə təxliyə edilib. 

***

13:07

Ölənlərin sayı 5-ə çatıb. 10 nəfərin taleyi naməlum olaraq qalır.

***

Partlayış nəticəsində ölənlərin sayı 12, yaralananların sayı isə 9 nəfərə çatıb.

Qeyd edək ki, hadisəyə görə fevralın 10-u Novosibirsk vilayətində matəm elan edilib.