Rusiyada Beynəlxalq Ordu Oyunları bu il keçirilməyəcək

rusiyada-beynelxalq-ordu-oyunlari-bu-il-kecirilmeyecek
Oxunma sayı: 1523

Rusiya Beynəlxalq Ordu Oyunları bu il keçirilməyəcək. 

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Ordu Oyunlarının iki ildən bir keçirilməsi qərara alınıb.

Bildirilib ki, növbəti yarışlar 2024-cü ildə keçiriləcək.

Qeyd edək ki, Beynəlxalq Ordu Oyunları hər il avqustun sonunda "Tank biatlonu", "Dəniz kuboku" və digər müsabiqələr də daxil olmaqla, Rusiya, Azərbaycan, Qazaxıstan və digər MDB ölkələrində keçirilir.