Rusiyada binada güclü yanğın, 8 nəfər öldü - Video

rusiyada-binada-guclu-yangin-8-nefer-oldu
Oxunma sayı: 1129

Rusiyanın Yekaterinburq şəhərində yanğın baş verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, hadisə Kirov rayonunda 1982-ci ildə tikilmiş doqquz mərtəbəli yaşayış binasında qeydə alınıb.

İnsident nəticəsində səkkiz nəfər həlak olub. Xilasedicilər binadan 90 nəfəri təxliyə edib.

Yanğın 30 kv.m. ərazini əhatə edib.  

İnsidentin səbəbi müəyyənləşdirilir.