Rusiyada binada partlayış, ölü və yaralılar var - Fotolar

rusiyada-binada-partlayis-olu-ve-yaralilar-var
Oxunma sayı: 1181

Rusiyanın Rostov əyalətində yaşayış evlərindən birində məişət qazı partlayıb.

“Qafqazinfo” xəbər verir ki, partlayış nəticəsində binanın səkkiz və doqquzuncu mərtəbəsi uçub. Ümumilikdə, binadan 140 sakin təxliyyə olunub. 

Rusiya FHN-nin son açıqlamasına görə, həmin mənzillərdə yaşayan yeddi nəfər xilas edilib. Onlar arasında ana və körpəsi də olub. Bir qadın ölüb, dörd nəfərin isə taleyindən xəbər yoxdur. Onların dağıntılar altında qaldığı ehtimal edilir. 

Xilasetmə işləri davam etdirilir.