Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış binasında partlayış olub.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində binanın ikinci və üçüncü mərtəbəsində çökmə və dağıntı olub, 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Binadan isə 52 sakin təxliyyə edilib.
Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.
***
Hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.