Rusiyada binanın iki mərtəbəsi çökdü, ölən və yaralılar var - Yenilənib

Rusiyada binanın iki mərtəbəsi çökdü, ölən və yaralılar var
Oxunma sayı: 1688

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış binasında partlayış olub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində binanın ikinci və üçüncü mərtəbəsində çökmə və dağıntı olub, 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Binadan isə 52 sakin təxliyyə edilib.

Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.

***

Hadisə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.