Rusiyada bir ailənin 6 üzvü yanaraq öldü

rusiyada-bir-ailenin-6-uzvu-yanaraq-oldu
Oxunma sayı: 1828

Rusiyanın Udmurtiya Respublikasında evdə baş vermiş yanğında altı nəfər həyatını itirib.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Hadisə Uvinsk rayonunun Nılqa kəndindəki şəxsi evdə qeydə alınıb. Yanğının söndürülməsi zamanı dörd uşağın – iki oğlan və iki qız, həmçinin onların valideynlərinin cansız bədənləri aşkar edilib. Uşaqlar bir, altı, on və on bir yaşlarındadır.

İlkin məlumata görə, bu, uğursuz ailədir. Yanğının baş vermə səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi açılıb.