Rusiyada bir gündə 200-ə yaxın pasiyent koronavirusdan öldü

rusiyada-bir-gunde-200-e-yaxin-pasiyent-koronavirusdan-oldu
Oxunma sayı: 1280

Rusiyada son sutka ərzində daha 8 248 nəfərdə koronavirus aşkarlanıb, 193 pasiyent vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib. 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 545 458-ə, bu virusdan ölənlərin sayı isə 7 284-ə yüksəlib.

Bundan əlavə, indiyədək 294 306 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 243 868 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağırdır.