Rusiyada bir gündə 6700-dən çox insan koronavirusa yoluxdu

rusiyada-bir-gunde-6700-den-cox-insan-koronavirusa-yoluxdu
Oxunma sayı: 1288

Rusiyada son sutka ərzində 6791 nəfərdə koronavirus aşkarlanıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, onlardan 2198-də (32,4%) xəstəliyin kliniki göstəriciləri olmayıb. Sutka ərzində 5735 nəfər sağalıb, 104 nəfər dünyasını dəyişib.

Bununla da Rusiyada Covid-19 xəstələrinin sayı 634 min 437, ölənlərin sayı isə 9073 olub.