Rusiyada bir gündə 8300-dən çox insan yoluxdu

rusiyada-bir-gunde-8300-den-cox-insan-yoluxdu
Oxunma sayı: 1291

Rusiyanın 85 regionunda son sutka ərzində 8371 nəfər koronavirusa yoluxub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunlardan 3793 fakt Moskvada qeydə alınıb. Son 24 saat ərzində sağalanların sayı 8785, ölənlərin sayı 174 nəfər təşkil edir.

Qeyd edək ki, Rusiyada epidemiyanın başlanğıcından indiyədək 379 mindən çox insan infeksiyaya yoluxub, 4142 nəfər xəstəlikdən dünyasını dəyişib, 150 min 993 nəfər isə sağalıb.