Rusiyada bir gündə 9 minə yaxın yoluxma

rusiyada-bir-gunde-9-mine-yaxin-yoluxma
Oxunma sayı: 1083

Rusiyada son sutka ərzində daha 8 835 nəfərdə koronavirus aşkarlanıb, 119 pasiyent vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib. 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 528 964-ə, bu virusdan ölənlərin sayı isə 6 948-ə yüksəlib.

Bundan əlavə, indiyədək 280 050 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 241 966 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağırdır.