Rusiyada bir günə 41 nəfər öldü

rusiyada-bir-gune-41-nefer-oldu
Oxunma sayı: 1044

Rusiyada son 24 saatda koronavirusa yoluxanların günlük artım tempində yeni rekord qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb. Qeyd olunub ki, ötən gün ərzində Rusiyada koronavirusa 4069 yeni yoluxma faktı aşkarlanıb, daha 41 nəfər xəstəlik səbəbindən həyatını itirib. Bununla ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 32,007-yə, həyatını itirənlərin sayı isə 273-ə çatıb.