Rusiyada bir günə 5642 nəfər koronavirusa yoluxub

rusiyada-bir-gune-5642-nefer-koronavirusa-yoluxub
Oxunma sayı: 873

Rusiyada son sutka ərzində daha 5642 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanması ilə yoluxanların ümumi sayı 52 763-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə ötən gün ərzində daha 51 nəfər artaraq 456-ya çatıb. Bununla yanaşı, son sutka ərzində xəstəlikdən sağalanların sayı daha 427 nəfər artaraq 3873-ə çatıb.