Rusiyada bir ildə əhalinin sayı yarım milyon nəfər azalıb

rusiyada-bir-ilde-ehalinin-sayi-yarim-milyon-nefer-azalib
Oxunma sayı: 1619

Rusiyada əhalinin sayı bir ildə 556 min nəfər azalıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Statistika Təşkilatı (“Rosstat”) yayıb.

2023-cü il yanvarın 1-nə olan məlumata görə, Rusiya əhalisinin sayı 146 milyon 424 min nəfər təşkil edir. Ötən ilin analoji dövründə isə ölkə əhalisinin sayı 146 milyon 980 min nəfər təşkil edib.

Bildirilir ki, son qiymətləndirmə Rusiyanın ilhaq etdiyi “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, Zaporojye və Xerson vilayətlərinin statistika məlumatları nəzərə alınmadan aparılıb.