Rusiyada bu dəfə İES yanır - Video

rusiyada-bu-defe-ies-yanir
Oxunma sayı: 1972

Rusiyanın Perm şəhərində istilik elektrik stansiyasında (İES) güclü yanğın baş verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, stansiyada sexlərdən birinin dam örtüyü yanır.

Yanğın nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Ümumilikdə stansiyadan 500-dən çox insan təxliyə edilib.

Yanğının səbəbi hələ ki məlum deyil.

Xatırladaq ki, bu gün Rusiyanın Bryansk vilayətində içərisində neft məhsulları olan çənlərdə də yanğın qeydə alınıb.