Rusiya Ali Məhkəməsi “Məhkum Cinayət Birliyi” (AUE) beynəlxalq ictimai hərəkatının ekstremist təşkilat kimi tanınması barədə qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Lenta.ru” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Rusiya Baş Prokurorluğunun iddiası üzrə iclas bağlı qapılar arxasında keçirilib. Avqustun 17-dən etibarən ölkədə AUE ilə əlaqəli hər hansı bir fəaliyyət qadağan edilib.
Qərara görə, hərəkat ideyalarını təbliğ edən və gəncləri cinayət fəaliyyətinə təhrik edən şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1 (“Ekstremist birliyin təşkili”) maddəsi altında cəzalanacaqlar. Məddəyə görə ən yüksək cəza olaraq 12 ilə qədər həbs və 700 min rubla qədər cərimə nəzərdə tutulub. Qərara görə AUE tərəfdarları faşist və ya islamçı radikallar ilə bərabər səviyyədə tutulur.
Qeyd edək ki, “AUE” yetkinlik yaşına çatmayanlar arasında cinayət və həbsxana anlayışları aşılayan və təbliğ edən gənclər subkulturasıdır.
Son xəbərlər
Son Xəbərlər