Rusiyada COVID-19-a yoluxan 5 deputatdan biri də odur

rusiyada-covid-19-a-yoluxan-5-deputatdan-biri-de-odur
Oxunma sayı: 1716

Rusiyada koronavirusa yoluxan 5 deputatdan daha birinin kimliyi məlum olub.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, adı açıqlanmayan iki millət vəkilindən biri Dövlət Duması Federal Məclisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkinadır. Bu barədə o özü məlumat verib:

“Bu gün plenar iclasda Vyaçeslav Volodin (Rusiya Dövlət Dumasının sədri – red.) daha iki deputatın Covid-19-a yoluxduğunu açıqladı. Həmin deputatlardan biri mənəm”.

Xəstəliyə simptomsuz yoluxduğunu deyən Puşkina Moskvaətrafında koronaviruslu xəstələrə könüllü xidmət edərkən virusa yoluxa biləcəyini ehtimal edir.

“Simptomlar yox idi, temperaturum olmayıb, test etdirməsəydim, xəstə olduğumu da bilməyəcəkdim”, - deyə Puşkina bildirib.

Xatırladaq ki, Volodin bugünkü açıqlamasında millət vəkilləri Leonid Kalaşnikov, Dmitriy Novikov, Svetlana Maksimovanın koronavirusa yoluxduğunu açıqlamışdı. O, daha 2 deputatın virusa yoluxduğunu bildirmiş, ancaq adlarını söyləməmişdi.