Rusiyada çoxmərtəbəli evdə partlayış: 1 ölü, 4 yaralı - Video + Yenilənib

rusiyada-coxmertebeli-evde-partlayis-1-olu-4-yarali
Oxunma sayı: 2078

Rusiyanın Yaroslavl şəhərində çoxmərtəbəli evin mənzillərindən birində baş vermiş qaz partlayışı nəticəsində bir nəfər həlak olub, üç nəfər zərər çəkib. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Hadisə Batov küçəsində yerləşən beş nömrəli evdə baş verib.

Beşinci mərtəbədən ikinci mərtəbəyə qədər olan konstruksiyalar dağılıb, evin sakinləri evakuasiya edilib.

***

Partlayış nəticəsində zərərçəkənlərin sayı 4-ə yüksəlib.

"Dəqiqləşdirilmiş məlumatlara görə, zərərçəkənlərin sayı dörd nəfərə çatıb", - deyə agentliyin müsahibi bildirib.