Rusiyada koronavirusun “Britaniya” ştammına ilk yoluxma halı qeydə alınıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib. O bildirib ki, virusun mutasiyası Böyük Britaniyadan qayıtmış Rusiya vətəndaşlarının müayinəsi zamanı bir nəfərdə aşkarlanıb.
Qeyd edək ki, dekabrın ortalarında Böyük Britaniyada aşkarlanmış SARS-CoV-2 mutasiyası 70% daha çox yoluxma sürətinə malikdir.
Son xəbərlər
Son Xəbərlər