Rusiyada daha 15 terrorçu saxlanıldı

rusiyada-daha-15-terrorcu-saxlanildi
Oxunma sayı: 1483

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən Penza, Ufa və Çelyabinskdə ölkədə terror təşkilatı olaraq tanınan “Hizb ut-Tahrir” təşkilatının dörd hücrəsi zərərsizləşdirilib.

“Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 4 rəhbər şəxs və təşkilatın 11 fəal iştirakçısı saxlanılıb.

FSB-nin məlumatına görə, saxlanılan şəxslər terror təşkilatlarının xarici emissarların göstərişləri ilə Rusiya ərazisində terrorizm ideologiyasının yayılması üzrə məqsədyönlü şəkildə fəaliyyət göstəriblər.