Rusiyada daha 2 nəfər koronavirusdan öldü

rusiyada-daha-2-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1005

Moskvada koronavirusa yoluxmuş şəxslərin müalicə olunduğu Kommunarka xəstəxanasında daha iki pasient vəfat edib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə tibb müəssisəsinin baş həkimi Denis Protsenko öz feysbuk hesabında məlumat verib.

Onun sözlərinə görə, ölənlərdən birinin 80, digərinin 69 yaşı olub və hər ikisinin xroniki xəstəliyi olub.

Qeyd edək ki, ÜST-ün son statistikasına əsasən, Rusiyada 1534 nəfər COVİD-19-a yoluxub, 8 nəfər ölüb, 64 nəfər sağalıb.