Rusiyada daha 5 nəfər koronavirusa yoluxub

rusiyada-daha-5-nefer-koronavirusa-yoluxub
Oxunma sayı: 2243

Rusiyada daha 5 nəfər koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, 3 nəfər Lipetsk vilayətində, 1 nəfər Sankt-Peterburqda və daha bir nəfər isə Moskva vilayətində koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Moskva vilayətinin sakini fevralın 25-də İsveçrənin Sürix şəhərindən qayıdıb. Hər hansı xəstəlik əlamətləri olmasa da, tibb müəssisəsinə müraciət edib və qadında koronavirus aşkarlanıb. Hazırda qadın və ailə üzvləri xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti qənaətbəxşdir.

Lipetsk və Sankt-Peterburq sakinləri isə yaxın günlərdə İtaliyadan qayıdıblar.