Rusiyada daha 5236 nəfərdə koronavirus aşkarlandı

rusiyada-daha-5236-neferde-koronavirus-askarlandi
Oxunma sayı: 758

Rusiyada son sutka ərzində daha 5236 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanması ilə yoluxanların ümumi sayı 57 999-a çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı isə ötən gün ərzində daha 57 nəfər artaraq 513-ə çatıb. Bununla yanaşı, son 24 saat ərzində xəstəlikdən sağalanların sayı daha 547 nəfər artaraq 4420-yə çatıb.