Rusiyada daha 6 nəfərdə koronavirus tapıldı

rusiyada-daha-6-neferde-koronavirus-tapildi
Oxunma sayı: 1702

Rusiyada daha 6 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, onlardan 5-i Moskva, 1-i Nijni Novqorod sakinidir. Bütün yoluxmalar İtaliyadan gələn xəstə insanlardan keçib.

Pasiyentlərin vəziyyətinin yüngül olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl Rusiyada koronavirusa 7 yoluxma faktı qeydə alınmışdı.