Rusiyada daha bir bank bağlandı

rusiyada-daha-bir-bank-baglandi
Oxunma sayı: 1239

Rusiya Mərkəzi Bankı daha bir bankın lisenziyasını ləğv edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, lisenziyası ləğv edilən Beynəlxalq Səhmdar Bankın bank qanunvericiliyini pozması və kredit risklərinin qiymətləndirilməsi zamanı qayda pozuntularına yol verdiyi aşkar edilib. Qeyd edək ki, bu ilin yanvarın 1-nə əsasən, BSB bank aktivlərinin həcminə görə, Rusiya bank sistemində 207-ci yeri tutub.

Xatırladaq ki, ötən il Rusiyada 93 bankın lisenziyası ləğv edilib.