Rusiyada daha bir qəza, 5 uşaq öldü

Rusiyada daha bir qəza, 5 uşaq öldü
Oxunma sayı: 1446

Rusiyanın Stavropol vilayətində “Mercedes-Benz Sprineter”lə “Kamaz” markalı yük maşını toqquşub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, nəticədə 8 nəfər yaralanıb, 5 nəfər ölüb. Ölənlər 12-14 yaşlı uşaqlardır. İçərisində 18 uşağın olduğu mikroavtobus onları Volqroqraddan Çerkesskə basketbol yarışına aparırmış.

Hadisə ilə bağlı cinayət işi açılıb.